Ağsuda “Narkomaniyaya və erkən nikaha yox deyək” maarifləndirmə tədbiri keçirildi
Gündəm / Bölgə
21:50
3.10.2025
380

Bugün A.Nadirov adına Ağsu Şəhər 1 nömrəli məktəb liseyində Ağsu Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilmişdir.Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Nəzərov Tapdıq Xalid oğlu, Ağsu RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Polis polkovnik leytenantı İlkin Kərimov, Ağsu Rayon Təhsil Sektorunun müdiri Ramin Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan regional filialının müdir müavini Mirzəyev Xətai Akif oğlu, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Məhəmmədhüseyin Təhmasib,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan reginal bölməsinin əməkdaşı Tural Vahidov, iştirak etmişdir .Çıxış edənlər Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 22-də imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamından irəli gələn vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, müasir dövrdə ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışıblar.Tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, əsrin bəlasına çevrilmiş narkomaniyanın və erkən nikahın fəsadlarının vaxtında qarşısının alınması üçün həmin hallara qarşı aparılan mübarizə tədbirlərində vətəndaşlar da aidiyyatı qurumlarla birgə çalışmalıdırlar.Həmçinin bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Ağsu rayon komissiyası və hüquq-mühafizə orqanları rayon ərazisində mütəmadi olaraq zərərli vərdişlər və erkən nikahın fəsadları barədə maarifləndirmə tədbirləri həyata keçirdir. Həmin tədbirlərin sağlam həyat tərzinin təbliğində, gənclərin sağlam ruhda tərbiyə olunmasında, onların zərərli vərdişlərdən uzaqlaşmasında rolu böyükdür.
Xebercimedia.az olaraq biz də rayonumuzda belə tədbirlərin keçirilməsini alqışlayır,gənc nəslin maarifləndirilməsini ən gözəl addım hesab edirik.
Hazırladı : Valid Musayev

