Ağsuda "Xocalı faciəsi"nin 33-cü il dönümünə həsr olunmuş dama və nərd yarışı keçirildi

17:38 26.02.2025 43
Bugün Ağsu şəhər şahmat məktəbində ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı, Ağsu Rayon Təhsil Sektorunun və Ağsu Uşaq-Gənclər İdman-Şahmat məktəbinin dəstəyi ilə "Xocalı faciəsi"nin 33-cü il dönümünə həsr olunmuş, təhsil işçiləri arasında dama və nərd yarışı keçirilmişdir. Xebercimedia.az xəbər verir ki, Tədbirdə ATİAHİ Ağsu Rayon Komitəsinin sədri xanım Sevinc Beybudova çıxış edərək bildirdi ki,Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində tam əminliklə inanırıq ki,xalqımız bir daha belə faciələrlə üzləşməyəcək.O,həmçinin respublikanın hər yerində keçirilən bu tədbirə görə ATİAHİ Respublika Təşkilatının sədri cənab Araz Paşayevə yaratdıqları yüksək şərait üçün təşəkkürünü bildirdi.Daha sonra Ağsu Rayon Təhsil Sektorunun müdiri Natiq Heydərov da çıxış edərək iştirakçılara uğurlar arzuladı.
Gərgin mübarizə şəraitində davam edən yarışın qalibləri ATİAHİ Ağsu Rayon Komitəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Hazırladı: Valid Musayev

Oxşar xəbərlər