Ağsu Şəhər 3 Nömrəli Məktəbdə "Könüllər Mülkünün Sultanı" Ədəbi-Bədii Tədbiri Keçirildi
Gündəm / Bölgə
14:1225.12.2024121
Dağlıq Şirvan Regional İdarəsini tabeliyində olan Ağsu şəhər 3 nömrəli tam orta məktəbdə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş "Könüllər mülkünün sultanı"adlı ədəbi-bədii tədbir keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bircahan Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə şairin qəzəlləri ifa olundu, sözlərinə yazılmış mahnılar dinlənildi,əsərlərindən ("Leyli və Məcnun", "Şikayətnamə")səhnələşdirilmiş parçalar maraqla qarşılandı. Tədbirə rəng qatan Azərbaycan xalq rəqsləri də şagirdlər tərəfindən məharətlə ifa olundu. Təbdirdə iştirak edən müəllimlər, şagirdlər və valideynlər tədbirin belə yüksək səviyyədə keçməsini bəyənərək öz təşəkkürlərini bildirdilər...