Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi tərəfindən Uşaq Gənclər İdman Şahmat məktəbində 5 oktyabr Müəllimlər Günü münasibətilə tədbir keçirildi
Gündəm / Bölgə
14:543.10.2025169
Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi tərəfindən Uşaq Gənclər İdman Şahmat məktəbində 5 oktyabr Müəllimlər Günü münasibətilə tədbir keçirildi. Tədbirdə müəllimlərin cəmiyyətimizin inkişafında oynadığı mühüm rol, onların gələcək nəslin formalaşmasındakı əvəzsiz xidmətləri vurğulandı.
Xebercimedia.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti və nümayəndələri, təhsil işçiləri və qonaqların iştirakı ilə keçirilən tədbirdə müəllimlərə səmimi minnətdarlıq ifadə olundu, fərqlənən pedaqoqlara fəxri fərmanlar və hədiyyələr təqdim edildi.
ETİHİ-nin təşkilatçılığı ilə keçirlən tədbirdə Uşaq Gənclər İdman Şahmat məktəbinin sərbəst güləş müəllimi Şikarov Elman Sədulla oğlunun 65 yaşı təntənəli surətdə qeyd edildi.
Müəllim adını daşımaq böyük şərəfdir! Bütün müəllimlərimizi bayram münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.