Dağlıq Şirvan Regional Təhsil İdarəsində özbaşınalıq - ŞİKAYƏT

09:48 23.10.2024 234
Ağsu şəhər sakini Babaxanov Namiq Azad oğlu redaksiyamıza müraciət edərək bildirib ki, qardaşı qızı Mustafayeva Günay Şahəddin qızı ingilis dili müəllimidir, sertifikasiyadan keçib və əvvəl də işlədiyi Ağsu rayon Qaradağ kənd ümumi orta məktəbində işləmək məqsədi ilə ikinci iş yeri üçün Dağlıq Şirvan Regional Təhsil İdarəsinə müraciət edib. Oradan ona bildirilib ki, həmin yerə gələn yoxdur və sənə kömək edəcəyik. Lakin üstündən bir müddət keçdikdən sonra vətəndaş öyrənib ki, həmin məktəbə o deyil başqa bir müəllim göndərilir. Onlar Dağlıq Şirvan Regional Təhsil İdarəsinə, yerli təhsil sektoruna müraciət etsələr də tutarlı cavab ala bilmirlər. Vətəndaş bilmək istəyir ki, niyə həmin yerə o deyil də başqa müəllim göndərilib? Onun hansı üstün xüsusiyyətləri var ki,regional idarə tərəfindən məhz o seçilib.
Biz inanırq ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi öz mövqeyini bildirərək vətəndaşın suallarına cavab verəcəklər
Oxşar xəbərlər