“Həkimlərimizi tanıyaq” rubrikamızın növbəti qonağı Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Eldar Bayramovdur

14:57 1.10.2025 375
“Həkimlərimizi tanıyaq” rubrikamızın növbəti qonağı Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Eldar Bayramovdur


Eldar Bayramov 1972-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində tibbi təhsil alıb.
Xebercimedia.az xəbər verir ki, 1979-cu ildən Ağsu Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2000-ci ildən 2020-ci ilin əvvəllərinə kimi Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ali dərəcəli cərrah Eldar Bayramov 1982-1983-cü illərdə Xarkov şəhərində Təcili cərrahiyyə institutunda ixtisasını artırıb.
1984-1986-cı illərdə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Cərrahiyyə Mərkəzində 2 illik klinik ordinaturanı bitirib və yüksək ixtisaslı cərrah həkim adına layiq görülüb.
O, həmçinin, 1992-ci ildə Türkiyənin Ankara şəhərində ixtisasını artırıb.
Eldar Bayramov 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2009-cu ildən E. Bayramov Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində region xəstəxanaları səviyyəsində ilk dəfə olaraq laparoskopik cərrahi əməliyyatlara başlayıb və 2000-ə yaxın laparoskopik əməliyyatlar icra edib.
2020-ci ildən 2024-cü ilə kimi Bakı şəhərində “Buta” klinikasında baş həkim vəzifəsində çalışan Eldar Bayramov 2024-cü ildən hal-hazıra kimi Ağsu Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərir.
Həkimimizə işlərində uğurlar arzulayırıq!
Oxşar xəbərlər