Ağsu Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib
Gündəm / Bölgə
10:42
30.11.2024
60
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Xəstəxananın direktoru vəzifəsi Gülnarə Muxtarovaya həvalə olunub.
Xebercimedia.az xəbər verir ki, Direktorun kollektivə təqdimat mərasimində TƏBİB-in İcraçı direktorunun müşaviri Səkinə Sadıxova iştirak edib. S.Sadıxova tibb müəssisəsində keyfiyyətli tibbi xidmətin təmin edilməsi, pasiyent məmnunluğunun artırılması istiqamətində həyata keçirilməsi zəruri olan tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, G.Muxtarova 1965-ci ildə Bakı şəhərində anadan olub.
1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində, 1989-1990-cı illərdə Respublika Klinik Xəstəxanasında internatura təhsili alıb.
1990-2003-cü illər ərzində Bakı şəhəri Baş Səhiyyə İdarəsində həkim-metodist, 2003-2018-ci illərdə həkim-məsləhətçi, 2018-2024-cü illər ərzində isə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 20 nömrəli Uşaq Poliklinikasında baş həkimin müavini kimi fəaliyyət göstərib.


