“Ağsuda Zəfər Gününə Həsr Olunmuş Tədbir -Tarixi Qələbə və Milli Qürur Gənc Nəsildə Canlandı”

10:03 6.11.2025 220
“Ağsuda Zəfər Gününə Həsr Olunmuş Tədbir -Tarixi Qələbə və Milli Qürur Gənc Nəsildə Canlandı”

05 Noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik ili” çərçivəsində YAP Ağsu rayon təşkilatının, Ağsu rayon Gənclər və İdman sektorunun, Ağsu şəhər 4 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Ağsu şəhər 4 saylı tam orta məktəbdə “Zəfər Gününə” həsr edilmiş tədbir keçirilib.
Xebercimedia.az xəbər verir ki, Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şirin canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev bildirib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış bir gündür. O qeyd edib ki, xalqımız 44 günlük Vətən müharibəsində qazanılmış Qələbəni qürurla xatırlayır. Sədr müavini vurğulayıb ki, “Bu Zəfər təkcə Azərbaycan Ordusunun gücünün deyil, həm də xalqımızın birliyinin və milli həmrəyliyinin təntənəsidir. Biz bu qələbəni şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı hesabına qazandıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı bu tarixi Qələbə xalqımızın əzmini, yenilməzliyini və torpaqlarımıza olan sonsuz sevgisini bir daha nümayiş etdirdi”.
Daha sonra, Ağsu rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Məhəmmədhüseyn Təhmasib, Ağsu rayon Polis şöbəsinin İTB YYÇPİTQ-nun inspektoru Ağacan Ələbbasov, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova çıxış edərək Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyi və 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Bildiriblər ki, 8 Noyabr xalqımızın milli qürur günü, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğu gün kimi tariximizə əbədi həkk olunub. Vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin böyük arzusu olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasəti, mükəmməl diplomatiyası, strateji düşüncəsi, xalqımızın əzmi və iradəsi, dövlətimizin iqtisadi qüdrəti, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində gerçəkləşib.
Daha sonra məktəb şagirdləri Zəfər Gününə həsr edilmiş şeir və mahnılarını səsləndiriblər.

Oxşar xəbərlər