27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasında Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Gündəm / Bölgə
12:0825.09.2025219
27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasında Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Xebercimedia.az xəbər verir ki, Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova Vətən müharibəsi dövründə xalqımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin xalqımız üçün əhəmiyyətindən söz açıb. Gülnarə Muxtarova, həmçinin qazilərə və şəhid ailələrinə göstərilən qayğıdan danışaraq, hər zaman onların yanında olduğunu bildirib. Daha sonra Anım Günü münasibətilə hazırlanmış videoçarx nümayiş olunub. Tədbir iştirakçıları Vətən müharibəsində göstərilən qəhrəmanlıqlardan danışaraq, şəhidlərimizin unudulmaz igidliyini, onların heç bir zaman unudulmayacağını qeyd ediblər. Anım tədbiri şəhidlərimizin ruhuna dərin hörmət və minnətdarlıqla başa çatıb. Daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə güllər düzülüb, ruhları dərin hörmət və ehtiramla anılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!