Ağsu Su Sistemlərinin Güvəni: İlham Orucovun rəhbərliyi ilə nümunəvi xidmət modeli

11:31 15.11.2025 684
Ağsu Su Sistemlərinin Güvəni: İlham Orucovun rəhbərliyi ilə nümunəvi xidmət modeli

Bütün canlıların yaşaması üçün ən vacib ünsürlərdən biri sudur. Su daima həyat mənbəyi,yaşam səbəbi olub. Su təmizlik, saflıq simvoludur. Ölkəmizin su sisteminə cavabdeh olan qurum su ehtiyatları agentliyidir ki, onun da hər rayonda yerli şöbələri mövcuddur.
Ağsu Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi rayonda ən yüksək səviyyədə xidmət göstərən dövlət qurumlarından biridir. İlham Oruсovun Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə rəis təyin olunmasından sonra idarədə bir çox yeniliklər həyata keçirildi. İşçilər arasında birlik, qarşılıqlı hörmət və sağlam iş mühiti formalaşdı və digər müsbət dəyişikliklər baş verdi. İdarənin rəisi İlham Orucov bu sahəyə ciddi yanaşır, bütün görülən işlərlə şəxsən yaxından maraqlanır. Onun işçilərə göstərdiyi səmimi münasibət isə işin daha yüksək səviyyədə təşkilinə zəmin yaradır. İstər içməli su istər Meliorasiya sahəsində harda problem olarsa orda gedən təmir zamanı şəxsən özü orda iştirak edir. Ətrafında bu sahədə təcrübəli kadrların olması da İlham müəllimin işini asanlaşdırmağa xidmət edir. Uzun illər su sahəsində böyük təcrübəyə malik Əlihüseyn Mayılov rayonun suvarma sisteminin gündən günə inkişafı yolunda səylə çalışır.

Ağsu Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi İlham Orucov həm vəzifəsinin öhdəliklərini məsuliyyətlə yerinə yetirir, həm də sosial məsuliyyətini yüksək səviyyədə nümayiş etdirir. O, idarə etdiyi sahədə su və meliorasiya sistemlərinin inkişafı, əhalinin rahatlığı və bölgədə su ehtiyatlarının düzgün idarə olunması üçün davamlı çalışır, hər layihənin uğurla həyata keçməsinə xüsusi diqqət göstərir.

Eyni zamanda, İlham Orucov şəhid ailələrinə, qazilərə və sosial cəhətdən dəstəyə ehtiyacı olan insanlara böyük qayğı göstərir. Onların problemlərinin həllində yaxından iştirak edir, həm mənəvi, həm də maddi dəstək göstərərək cəmiyyət üçün nümunəvi rəhbər kimi tanınır. Bu yanaşması onun həm vəzifə sahəsində, həm də ictimai fəaliyyətində dərin təsirini göstərir.

Həmin idarədə yüksək vəzifə tutan digər bir şəxsiyyət isə İqbal Mikayılovdur. Onun təyinatından qısa zaman keçməsinə baxmayaraq görülən işlərin çevrəsinin böyüklüyü onun təyinatının nə dərəcə düzgün olmasından xəbər verir. Belə keyfiyyətli, yüksək təcrübəyə malik kadrlarla işin düzgün qurulması da daha asan olur.

Ağsu Su Sistemlərinin Güvəni: İlham Orucovun rəhbərliyi ilə nümunəvi xidmət modeli

Arx və kanalların vaxtaşırı təmizlənməsi, rayon əhalisinə, kənd təsərrüfatına suyun tez-tez verilməsi bu istiqamətdə görülən ən yaxşı işlərdən biridir.
Biz media nümayəndələri olaraq daima xalqın içində müəyyən araşdırmalar aparırıq. Bu araşdırmaların nəticəsinə uyğun olaraq deyə bilərik ki, Ağsu Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin gördüyü işlər qənaətbəxşdir və əhali arasında böyük inam yaradıb. Xebercimedia.az olaraq öz vəzifəsini şərəflə yerinə yetirən qurumun hər bir işçisinə başda İlham Orucov, Əlihüseyn Mayılovİqbal Mikayılov olmaqla uğurlar arzulayırıq.

Hazırladı: Xebercimedia.az-ın təsisçisi Rüstəm Zaidoğlu

Oxşar xəbərlər