Ağsu Rayon Mərkəzi Xəstəxanasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

21:06 8.11.2025 102
Ağsu Rayon Mərkəzi Xəstəxanasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Ağsu Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə direktor vəzifəsini müvəqqəti icra edən Pərviz Quliyev, inzibati məsələlər üzrə direktor müavini Vüqar Həmidov, şöbə müdirləri, şəhid ailələri və xəstəxananın əməkdaşları iştirak ediblər.
Xebercimedia.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Çıxış edən Pərviz Quliyev Zəfər Günü münasibətilə tibb işçilərini təbrik edərək, 44 günlük Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərən tibb işçilərinin əvəzsiz xidmətlərindən danışıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayıb.
Digər çıxış edən həmkarlar da Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən bəhs edib, bu Qələbənin xalqımızın birliyinin və qəhrəmanlığının rəmzi olduğunu vurğulayıblar.
Zəfər Gününə həsr olunmuş tədbirdə 44 günlük Vətən müharibəsində övladlarını şəhid vermiş həmkarlarımız, hər zaman şəhid övladları ilə fəxr etdiklərini və onların daim diqqət mərkəzində saxlanıldığına görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Bu gün qazandığımız Zəfər – şəhidlərimizin qanı, qəhrəman əsgərlərimizin igidliyi ilə yazılmış şanlı tariximizdir.
Tədbirin sonunda 44 günlük Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
#QarabağAzərbaycandır

Oxşar xəbərlər