8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibəti ilə Ağsu-Rəhimli-Qaradağ kəndlərarası avtomobil yolunun 1,5-ci km-də ağacəkmə aksiyası keçirilib
Gündəm / Bölgə
00:04
6.11.2025
387
8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibəti ilə Ağsu-Rəhimli-Qaradağ kəndlərarası avtomobil yolunun 1,5-ci km-də ağacəkmə aksiyası keçirilib.
Xebercimedia.az xəbər verir ki, Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, rayonun idarə, təşkilat və müəssisələrinin kollektivləri iştirak edib. Ağacəkmə aksiyasında əkilən hər bir ağac tinginə arqotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasından sonra “Deluxe” restoranında Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib.
Görüşdə RİH başçısı Rövşən Bağırov şəhid ailələri, Vətən müharibəsi iştirakçıları qarşısında çıxış edərək 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb. Vurğulayıb ki, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti baxımından xalqımız bu qədim şəhərin azad olunduğu günü, 8 Noyabr- Zəfər gününü təntənə ilə qeyd edir.
Tədbirdə iştirak edən Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.