Ağsu rayonunda “27 sentyabr - Anım Günü”nün beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi davam etdirilir
Gündəm / Bölgə
09:31
30.09.2025
220

Belə ki, Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr 2025-ci il tarixdə Qəhrəmanlar Kompleksi və Şəhidlər Xiyabanı ziyarət olunub, “Tural Plaza” restoranında şəhidlərin xatirəsinin anılması məqsədilə çay süfrəsi təşkil edilib.
Xebercimedia.az xəbər verir ki, Tədbirlərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, ziyalılar, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Tural Plaza” restoranında təşkil olunan çay süfrəsində əvvəlcə şəhidlərin əziz xatirəsi bir qəqiqəlik sükutla yad edilib. Tədbirdə böyük Zəfərin qazanılmasında xalqı vahid ideya ətrafında birləşdirməyə nail olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsinin, Azərbaycan əsgərinin igidliyinin və Azərbaycan xalqının həmrəyliyinin əvəzsiz rol oynadığı vurğulanıb, şəhidlərin xatirəsinə ehtiram və minnətdarlıq ifadə olunub, qazilərə şəfa arzu edilib.
“27 sentyabr - Anım Günü”nün beşinci ildönümü ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərin hərəkəti dayandırılıb və səs siqnalları verilib.
“Anım Günü”nün beşinci ildönümü ərəfəsində Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, RİH məsul vəzifəli şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri yaşadıqları ünvanlarda ziyarət olunub. Görüşlərdə şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.