Hörmətli Ağsu ictimaiyyəti!

12:47 18.05.2026 5
Hörmətli Ağsu ictimaiyyəti!


Sonsuz sevinc hissi ilə qeyd etmək istəyirəm ki, 2025-2026-cı tədris ilində Ağsu təhsil tarixində ilk dəfə olaraq 5 nəfər şagirdimiz Lütfi Zadə adına Məntiq Olimpiadasının(LMO) və Respublika Fənn Müsabiqəsinin (RFM) finalına vəsiqə qazanıblar. Şagirdlərimiz yüksək intellekt və hazırlıq nümayiş etdirərək böyük bir uğura imza atdılar!
Bu, sadəcə bir uğur deyil, əzmin, istedadın və mükəmməlliyə olan addımın bariz nümunəsidir.
Bizə bu sevinci bəxş edən bütün şagirdlərimizi, onların üzərində əməyi olan dəyərli müəllimlərimizi və hər zaman övladlarına dəstək olan valideynlərimizi ürəkdən təbrik edirəm.
Ağsu şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 nəfər şagirdi
1. Şeydayev Cəfər Rüstəm oğlu
2. Əhmədzadə Hüseyn Ramil oğlu
Ağsu şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 1 nəfər şagirdi
1. Mirzəli Ayaz Zahid oğlu
Ağsu şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 1 nəfər şagirdi
1. Mirzəyev Hüseyn Ceyhun oğlu
Ağsu rayon Musabəyli kənd tam orta ümumtəhsil məktəbinin 1 nəfər şagirdi
1. İslamova Aylin Pünhan qızı

Ağsu Təhsil Sektorunun müdiri Ramin Mahmudov
Oxşar xəbərlər