Ramil Mirzəyev: Təhsilimizin inkişafı üçün dövlət mümkün olan hər şeyi edir


Bu gün ölkədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var. Son illər yüzlərlə məktəb həm dövlət büdcəsi vəsaiti hesabına, həm də Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir və bərpa olunub, yeni STEAM, uşaq-yaradıcılıq mərkəzləri yaradılıb.
Ağdam rayon Evoğlu kənd tam orta məktəbinin direktoru Ramil Mirzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ramil Mirzəyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ramil Mirzəyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağdam rayon Evoğlu kənd tam orta məktəbinin direktoru Ramil Mirzəyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Ağdam rayon Evoğlu kənd tam orta məktəbinin direktoru Ramil Mirzəyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ramil Mirzəyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Ramil Mirzəyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Ramil Mirzəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Ramil Mirzəyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Ramil Mirzəyev özünü doğruldub. Bizdə hörmətli Ramil Mirzəyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Ağdam rayon Evoğlu kənd tam orta məktəbinin direktoru Ramil Mirzəyev - Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.
Hazırda ölkəmizdə ən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Hətta son üç ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu məsələ diqqətdən kənarda qalmadı. “Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”.
Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva
Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür. Əziz və hörmətli Mehriban xanım, Sizi ad gününüz münasibətilə təbrik edirik! Bu gün Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını və təşəkkürlərini çatdırır.
Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!
Vətəni Azərbaycanla, onun tarixi və mədəniyyəti ilə fəxr edən hər bir soydaşımız fəal və çoxtərəfli “mədəniyyət diplomatiyası”na görə Sizə səmimi minnətdarlığını bildirir.
Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva təcrübəli siyasətçi və dövlət xadimi olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli və fədakar şəxsiyyətdir. Milli-mənəvi dəyərlərimizn qorunması və mədəniyyətimizin təbliği sahəsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərən birinci xanım, həm də cənab prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı mübarizə aparan ən yaxın silahdaşıdır. Mehriban xanım Əliyeva qadının nə ailəni karyeraya, nə də karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl bir nümunəsi, həm də örnəyidir.
1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.
Mehriban Əliyeva 1982-ci ildə məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1983-cü ildə Ulu öndər Heydər Əliyevin oğlu və siyasi davamçısı cənab İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
Fəaliyyəti dövründə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı olan Mehriban xanım Əliyeva 2 fevral 2017-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
Təkcə Azərbaycanın deyil, bütün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderi, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, gözəl insan Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona və ailəsinin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, məsul və nəcib fəaliyyətində böyük uğurlar arzu edirik.