“Chevrolet Niva” dərədən aşdı

09:25 20.08.2026 3
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“ Diryan kənd sakini 1965-ci il təvəlüdlü Nuriyev İntiqam Ağarza oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobil dərəyə aşıb.

Belə ki, torpaq yolda idarəetmədən çıxan nəqliyyat vasitəsi hündürlükdən dərəyə yuvarlanıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanıb.

Araşdırma aparılır.
Oxşar xəbərlər