Aprel döyüşlərinin şəhidi Fərəczadə Toğrul Habil oğlunun xatirəsi anılıb

12:08 10.04.2026 99
Ağsu rayonunun Bico kəndində Aprel döyüşlərinin şəhidi Fərəczadə Toğrul Habil oğlunun xatirəsi anılıb. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə kənd qəbiristanlığında şəhid Toğrul Fərəczadənin məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb və xatirəsi ehtiramla yad edilib. Eyni zamanda tədbir iştirakçıları Bico kəndindən olan digər şəhid məzarlarını da ziyarət ediblər.

Xebercimedia.az xəbər verir ki, Mərasimdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, 2016-cı ilin 4 günlük Aprel döyüşləri hərb tariximizin şanlı səhifələrindəndir. Aprel döyüşləri sübut etdi ki, ermənilərin “keçilməz sədləri” güclü Azərbaycan Ordusu üçün maneə ola bilməz. Digər tərəfdən, Aprel zəfəri Azərbaycan əsgərində özünəgüvəni bir qədər də artırmış oldu və 44 günlük Zəfər Savaşı tarixə həm də Aprel döyüşlərinin davamı kimi düşdü. RİH başçısı Azərbaycan xalqının Vətən müharibəsində qazandığı şanlı tarixi qələbədən geniş söz açaraq, bu qələbə ilə həm də Toğrul Fərəczadə kimi şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.

Digər çıxış edənlər şəhid Toğrul Fərəczadənin keçdiyi qısa, lakin şərəfli həyat yolundan danışıblar. Vurğulanıb ki, Toğrul Fərəczadə Aprel döyüşlərində Ermənistanın işğalçı qüvvələrinə qarşı mərdliklə vuruşub və döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunub.

Sonra iştirakçılar şəhidin Bico kəndində doğulub boya-başa çatdığı evə gediblər. Burada Toğrul Fərəczadənin xatirəsinə yaradılan muzeyə baxış keçirilib və tədbir iştirakçılarına müzeydəki fotolar, əşyalar barədə ətraflı məlumat verilib.

Oxşar xəbərlər