Ağsuda Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin icrasına dair rayon müşavirəsi keçirilib

12:17 21.10.2026 99
Oktyabrın 16-da Ağsuda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin icrasına dair müşavirə keçirilib.

Xebercimedia.az xəbər verir ki, Müşavirədə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlıq subyektlərinin rəhbərləri, Ağsaqqallar Şurasının və Veteranlar Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

Ağsu şəhər Mədəniyyət Evində keçirilən tədbirdə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Ağsuda Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin icrasına dair rayon müşavirəsi keçirilib


Müşavirədə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək 2 oktyabr 2026-cı il tarixdə keçirilmiş Qurultayda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev proqram xarakterli çıxışında həm keçmişə baxış, həm də gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim etdiyini, eyni zamanda milli təhlükəsizlik və inkişaf nəzəriyyəsinin başlıca istiqamətlərini və qarşıda duran əsas vəzifələri müəyyənləşdirdiyini qeyd etmiş, Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qarşıdakı dövrdə əsas vəzifələrimizin əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmalı olduğunu bildirmişdir. İcra başçısı ölkədə və rayonda sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, həyata keçirilən layihələrdən danışmış, mənəvi dəyərlərimizin qorunması istiqamətində görülməli tədbirlərdən söz açmış, ideoloji işin düzgün qurulmasından, bu sahədə ayrı-ayrı qurumların üzərinə düşən vəzifələrdən bəhs etmişdir.
Ağsuda Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin icrasına dair rayon müşavirəsi keçirilib


Müşavirədə çıxış edənlər Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətini vurğulayaraq, müasir dövrdə informasiya məkanında yayılan müxtəlif ideoloji təsirlərin, xüsusilə media və sosial media platformaları vasitəsilə uşaqların və gənclərin dünyagörüşünə təsir göstərən məzmunların diqqətdə saxlanılmasının vacibliyini qeyd etmiş, bu istiqamətdə hər kəsin məsuliyyətli mövqe nümayiş etdirməsinin, milli-mənəvi dəyərlərin qorunmasına töhfə verməsinin və cəmiyyətin maarifləndirilməsində fəal iştirak etməsinin əhəmiyyətini bildirmişlər.

Müşavirəyə yekun vuran rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov ölkə rəhbəri tərəfindən Qurultayda qaldırılan məsələlər və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində hər kəsə məsuliyyətli və diqqətli olmağı tövsiyə edərək onlara uğurlar arzulamışdır.
Oxşar xəbərlər