Ağsuda məktəblilərlə "Narkomaniyaya yox deyək" və "Erkən nikahın fəsadları" mövzusunda görüş keçirilib

13:11 9.05.2026 112
​Ağsu rayonu Ərəbmehdibəy kənd tam orta məktəbində gənc nəslin sağlam ruhda böyüməsi və zərərli vərdişlərdən qorunması məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Xebercimedia.az xəbər verir ki, Tədbirdə narkomaniya ilə mübarizə və erkən nikahların qarşısının alınması mövzuları ətrafında geniş müzakirələr aparılıb.
​Görüşdə Ağsu RPŞ-nin İTB-nin YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı Ağacan Ələbbasov, Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan regional filialının mütəxəssisi Şalan Novruzov və DŞRGİİ-nin Ağsu rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Təhmasib Məhəmmədhüseyin iştirak ediblər.
​Çıxış edən qonaqlar narkotik vasitələrin insan orqanizminə vurduğu sağalmaz yaralardan, cəmiyyət üçün yaratdığı təhlükələrdən və erkən nikahların gənc qızların gələcək həyatına, təhsilinə və sağlamlığına mənfi təsirlərindən bəhs ediblər. Şagirdlərə hüquqi məsuliyyətlər xatırladılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər