Ağsuda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhidin övladları təbrik edilib-FOTO

00:10 2.06.2025 4
Xebercimedia.az xəbər verir ki, Ağsu rayonunda “Konstitusiya və Suverenlik” ili çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Məlikov Rauf Azay oğlunun ailəsilə görüş keçirilib.

Ağsun Rayon Təhsil Sektorunun müdiri Ramin Mahmudov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağsu Rayon Komitə sədri tərəfindən keçirilən görüşdə şəhidimizin Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edilib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulanıb. Qeyd edilib ki, Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevib, müstəqil Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub.Bildirilib ki, bütün sahələrdə olduğu kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti də bu gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir.

Görüşün sonunda şəhidimizin övladlarına hədiyyə təqdim olunub.

Qeyd edək ki, Rauf Məlikov 14 dekabr 1988-ci ildə Ağsu rayonunda anadan olub. 2020-ci il sentyabrın 28-də Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


Ağsuda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhidin övladları təbrik edilib-FOTO
Oxşar xəbərlər