Ağsu rayonunda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib
Gündəm / Bölgə
21:02
1.10.2025
46

Ağsu rayonunda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Xebercimedia.az xəbər verir ki, Öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.
RİH başçısı Rövşən Bağırov Ağsu rayon Prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb.
Ağsu rayon Prokuroru Elnur Cəfərov çıxışında Prezident cənab İlham Əliyevin prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında geniş və ətraflı məlumat verib. Qeyd edib ki, dövlət səviyyəsində prokurorluq orqanlarına yüksək etimad göstərilir, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Vurğulayıb ki, dövlətə, Azərbaycan xalqına hər zaman sadiqlik nümayiş etdirən prokurorluq orqanları bundan sonra da üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirəcəkdir.