Ağsu Rayon Mərkəzi Xəstəxanasında tariximizin qan yaddaşı olan 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Gündəm / Bölgə
09:25
20.01.2025
124
Tədbirdə ilk olaraq 20 Yanvar faciəsində həlak olan soydaşlarımızın, o cümlədən Azərbaycan torpağının bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xebercimedia.az xəbər verir ki, Tədbirdə çıxış edən tibb müəssisəsinin direktoru Gülnarə Muxtarova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş qəddar cinayətdən danışaraq bildirib ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb və həmin gecə baş verən faciə əbədi olaraq qan yaddaşımızda qalacaqdır.
Tədbirdə çıxış edən digər həmkarlar da 20 Yanvar faciəsində törədilmiş dəhşətli hadisələrdən danışıb, həmin günü vətənimizin azadlığı uğurunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Allah şəhidlərimizə rəhmət eləsin!