Azərbaycanda məktəbdə yanğın - şagird və işçilər təxliyə ediliblər

13:42 15.02.2024 57
Azərbaycanda məktəbdə yanğın - şagird və işçilər təxliyə ediliblər


Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin binasında yanğın baş verib.

Report xəbər verir ki, bu gün saat 10:45-də məktəb binasının ikinci mərtəbəsində elektrik paylayıcısında qısaqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət təxliyə ediliblər.

Yanğın söndürülüb, baş vermiş yanğın zamanı xəsarət alan olmayıb.
Oxşar xəbərlər