ABŞ-nin Hörmüz boğazını blokadası: "Qıtlığa səbəb olacaq"

11:45 13.04.2026 1
ABŞ-ın Hörmüz boğazını hərbi-dəniz blokadasına alması yanacaq qıtlığına və neft qiymətlərində yeni sıçrayışlara səbəb olacaq.

Bu barədə "Financial Times" (FT) ABŞ rəsmilərinin və keçmiş diplomatların proqnozlarına istinadən yazır. Nəşrin məlumatına görə, ABŞ-ın İrana qarşı yeni əməliyyatı dünya enerji bazarlarını daha da qeyri-sabit edəcək.

Vaşinqtondakı "Defense Priorities" analitik mərkəzinin hərbi analiz üzrə direktoru Cennifer Kavana FT-yə izah edib: "Boğazın tamamilə bağlanması neft qiymətlərinin əvvəlkindən daha çox artmasına səbəb olacaq və beynəlxalq birliyin ABŞ-a təzyiqini gücləndirəcək. Bu, prezidentin nə qədər məyus olduğunu və bütün imkanlarını tükəndirdiyini qəti şəkildə göstərir".

ABŞ prezidenti Donald Tramp hədələyib ki, Birləşmiş Ştatlar İranda 2026-cı ilin əvvəlində Venesuelada baş verənə bənzər bir əməliyyat keçirəcək. O zaman onlar Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmişdilər. Kavana bildirib ki, Hörmüz boğazının dəniz blokadası, Venesuelaya enerji daşıyıcılarının tədarükünün məhdudlaşdırılması zamanı mövcud olmayan bəzi problemlər yaradacaq. Söhbət ABŞ-ın müttəfiqlərinin tankerləri və dəniz dəhlizi ilə tranzit üçün rüsum ödəmiş ölkələrin gəmiləri ilə necə davranacağından gedir.
Oxşar xəbərlər