Quba rayonunda Antiterror əməliyyatı zamanı şəhid olmuş hərbi qulluqçuların il mərasimləri keçirilmişdir

21 və 22 sentyabr 2024-cü il tarixlərdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuş hərbi qulluqçular Əliyev Səbuhi Tahir oğlunun, Həsənov Emral Vüqar oğlunun, Qəhrəmanov Sənan Nəsimi oğlunun və Bayramov İxtiyar Bayram oğlunun il mərasimləri keçirilmişdir.
Şəhidlərimizin rayonun Zərdabi qəsəbəsində, Səbətlər, Xucbala və Dağlı kəndlərində keçirilən il mərasimində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, din xadimləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişlər.
Afurca kəndində səyyar vətəndaş qəbulu keçirilib
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Güləzi kənd inzibati ərazi dairəsinin Afurca kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilmiş Şəhidlər abidə-xatirə kompleksi ilə tanış olmuşdur.