Azərbaycan Respublikasının həyata keçirdiyi "Böyük Qaydış "proqramı ölkəmizin ən mühüm sosial və strateji lahiyələrindən biridir.Bu proqramın əsas məqsədi uzun illər işğal altında qalmış və azad edilmiş ərazilərə insanların təhlükəsiz, rahat və davamlı şəkildə geri dönüşü təmin etməkdir.Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işləri nəticəsində həmin ərazilərdə yeni həyat bərpa olunur, şəhər və kəndlər yenidən qurulur.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük tikinti və yenidənqurma işlərinə başlamışdır.Dağıdılmış yaşayış məntəqələri müasir standartlara uyğun şəkildə yenidən lahiyələndirilir.Şəhər və kəndlərin baş planlarının hazırlanması isə bu prosesin ən vacib mərhələlərindən biridir.
Baş plan dedikdə şəhər və ya kəndin gələcək inkişafının istiqamətlərini müəyyən edən əsas layihəyə nəzərdə tutulur.
Bu planlarda yaşayış evləri məktəblər,xəstəxanalar, yollar, parklar, inzibati binalar su və elektrik xətləri rabitə sistemləri və digər vacib infasturktur obyektləri nəzərə alınır.Məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, həm də onları müasir və ağıllı yaşayış mekanlarına çevirməkdir.
Hazırda azad edilmiş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri tətbiq olunur.Bu layihələr çərçivəsində müasir texnologiyalardan istifadə edillər ekoloji təmiz enerji mənbələrinə üstünlük verilir.Günəş və külək enerjisindən istifadə, rəqəmsal idarə etmək sistemləri, müasir nəqliyyat infrastrukturu insanların rahat yaşayış üçün geniş imkan yaradır.
Zəngilanın Ağıllı kəndi "Ağıllı kənd "layihəsinin ilk nümunələrindən biridir.Burada insanlar üçün yeni ev tikilmiş məktəb,bağça ,tip məntəqəsi, və digər sosial obyektlər istifadəyə verilmişdir.Kəndə kənd təsərrüfatı digər sahələrdə innovativ texnologiyalar tətbiq olunur.
"Böyük qayıdış"proqramı yalnız tikinti layihəsi deyil, həm də milli dirçəliş və tarixi adətin bərpasıdır. İnsanlar öz doğma torpaqlarına qayıtması onların mənəvi bağlılığının,vətən sevgisinin və dövlətin gücünün göstəricisidir.Bu proqram çərçivəsində yollar,hava limanları,dəmir yolları və digər mühüm layihələri də həyata keçirilir.Füzuli, Zəngilan və laçın hava limanlarının tikilməsi bölgənin inkişafına böyük töhfə verir.
Bütün gün Azərbaycan dövləti azad edilmiş əraziləri regionun ən inkişaf etmiş və müasir məkanlarından birinə çevirmək üçün böyük işlər görür.Hər bir şəhər və kəndin baş planı gələcək nəsillərin rahat və təhlükəsiz həyatını təmin etməyə xidmət edir. "Böyük Qaydış"proqramı xalqımızın birlik və idarəsinin, dövlətimizin qüdrətinin bariz nümunəsidir.