Prezident İlham Əliyevin sərəncamları və tapşırıqları əsasında Cəlilabadda həyata keçirilən quruculuq işləri inkişaf strategiyasına uyğun aparılır

Rafiq Cəlilov Çünəxanlı kənd sakinlər ilə növbəti səyyar qəbul keçirib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Çünəxanlı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Cəlilov çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.
Rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Cəlilabad rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Rayon rəhbəri Göytəpə şəhərində aparılan tikinti işləri ilə tanış olmuşdur
Prezident İlham Əliyevin sərəncamları və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Bütün bu görülən işlər bölgələrin simasını daha da gözəlləşdirir. İndi regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada Cəlilabad rayonunda görülən işlər də diqqəti cəlb edir.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhərində yenidən inşa olunan xəstəxanada aparılan tikinti işləri və şəhərdaxili küçələrin təmiri ilə bağlı görülən işlər ilə tanış olub.
Rayon rəhbəri görüləcək işlərlə əlaqədar iş icraçıları ilə müzakirələr aparmış və görülən işlər barədə ətraflı məlumat verilmişdir.
Görülən işlərdən razı qalan rayon rəhbəri bir sıra tapşırıq və tövsiyələr vermişdir.
Aparılan təmir-tikinti və abadlıq işləri rayon sakinlərini sevindirir və onlar bütün bunlara görə ölkə Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlıqlarını bildirirlər.