Ağsuda Gənclərin Sağlam Gələcəyi Uğrunda Maarifləndirici Tədbir Keçirildi
Bölgə
11:3228.02.202680
Ağamalı Qurbanov adına Ağsu Rayon Ləngəbiz kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək" "Erkən nigahın acı fəsadları" və "Kibercinayətkarlıqla mübarizə" mövzusunda şagird müəllim və valideynlərin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Ağsu RPŞ-nin İTB-nin YYÇPİTQ-nun inspektoru polis baş leytenantı Ələbbasov Ağacan Fikrət oğlu, Ağsu RPŞ-nin KMQ-nun əməliyyat müvəkkili polis leytenantı Təvəkkül Əmirov, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan RF mütəxəssisi Novruzov Şalan Səməd oğlu DŞRGİİ-nin Ağsu rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Məhəmmədhüseyin Təhmasib Sakit oğlu iştirak edirdilər. Tədbirdə çıxış edənlər narkotik vasitələrin qanunsuz yayılmasının,erkən nigahın bir cəmiyyət olaraq bizlərə böyük fəsadlarıdan onlara qarşı dövlətmiz tərəfindən aparılan ciddi mübarizədən danışdılar.Sonu ölüm olan bir asılılığın, psixoloji travmalara,fiziki nöqsanlara gətirib çıxaran erkən nigahın,hazırda bütün dünyada qlobal problemə çevrilmiş kibercinayətlərin qurbanı olmamaq üçün hər kəsin üzərinə düşən məsuliyyət və vəzifələrdən bəhs olunan tədbirdə məktəbin rəhbər heyəti və şagirdlər də iştirak edirdilər.Bu çətin yolda təhlükəsizlik orqanlarına dəstək göstərmək, gəncliyimizi xilas etmək hər kəs üçün ən ündə vəzifə olmalıdır. Maraqlı və qarşılıqlı müzakirə formasında davam edən tədbirin sonunda şagird və müəllimlərin sualları cavablandırılıb... Xebercimedia.az olaraq Rayon Polis İdarəsinin Rəhbərləri başda olmaqla bütün kollektivinə belə yüksək səviyyəli, maarifləndirici tədbirlərin keçirilməsinə görə təşəkkür edirik.