"Ağsu Rayon Mərkəzi Xəstəxanasında Yüksək Tibbi Xidmət və Peşəkarlıq

01:21 11.03.2025 38
Çox gəzən çox bilər deyib atalarımız. Çünki, bir yer haqqında ən yaxşı məlumatı həmin ərazidə olmuş, o yerləri görmüş biri verə bilər.
Ağsu Rayon Mərkəzi Xəstəxanası haqqında zaman zaman bildirilmiş müxtəlif fikirlərin şahidi olmuşuq. Deyilənlərin real şahidi olmaq bu günlərdə səhhətimin bir balaca pişləşməsi nəticəsində xəstəxanaya müraciət etməyimlə başladı. İlkin olaraq onu deyim ki, qəbulunda olduğum Gülümov Seyidağa və Mirzəxanlı Tahir həkim çox səbrlə, təmkinlə problemimi dinləyib, tibbi göstərişlərini verdilər. Məsləhət bilindi ki, bir neçə gün xəstəxanada stasionar müalicə almalıyam.
Xəstəxananın 3-cü mərtəbəsində yerləşdirdilər məni. Otaqların səliqəli və təmiz olması ilk qarşılaşdığım mənzərələrdən oldu və xoş təəssürat yaratdı. Xəstəyə göstərilən münasibət, qayğı və diqqət çox yüksək səviyyədə idi. Verilən yeməklər xüsusi zövqlə bişirilərək, çox təmiz halda servis edilirdi. Bir sözlə xəstə insana sözün həqiqi mənasında şəfa olacaq bir abu-hava var idi.
Bu yüksək səviyyəli xidmətin əsas memarı heç şübhəsiz ki, xəstəxanaya yeni təyin edilmiş direktor Gülnarə Muxtarovanın əməyinin nəticəsi idi. Gəldiyi gündən Ağsu əhalisinə yüksək tibbi xidmət göstərməyi qarşısına məqsəd qoyan Gülnarə həkim, ona qədər olan bəzi çatışmazlıqları ciddi şəkildə aradan qaldırmağa nail olmuşdur. Artıq xəstəxanada hər şey qanunlar çərçivəsində həyata keçirilir, heç bir vətəndaşı incidəcək hər hansı neqativ hala yol verilmir. Səhhətində ciddi problem yaranmış istənilən vətəndaşa yüsək xidmət göstərilir. Əminliklə demək olar ki, Ağsu Səhiyyəsi etibarlı əllərdədir.
Biz də öz növbəmizdə belə yüksək tibbi şərait yaratdığı üçün Gülnarə Muxtarova başda olmaqla Ağsu Rayon Mərkəzi Xəstəxanasının bütün həkimlərinə, İnsan Resursları Şöbəsinin müdiri Şahin Kərimova, Terapiya şöbəsinin müdiri Tahir Mirzəxanlıya, Ümumi şöbənin müdiri Tamerlan Abışova, Terapiya şöbəsinin böyük tibbi bacısı Natəvan Məmmədovaya, bütün digər tibbi və texniki personalına vətəndaşlara göstərdikləri yüksək səviyyəli tibbi xidmətə görə təşəkkür edirik.

Hazırladı: Valid Musayev
Oxşar xəbərlər