Ağsu rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib
Bölgə
15:5721.02.2025175
Ağsu Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən rayonun Çiyni və Hacıqədirli kəndlərində sakinlərin tibbi müayinəsi baş tutub. Xebercimedia.az xəbər verir ki, Çiyni və Hacıqədirli kənd həkim məntəqələrində təşkil olunan tibbi aksiyada həkim-pediatr, həkim-terapevtlərin iştirakı ilə əhalinin sağlamlıqla bağlı şikayətləri dinlənilib, müayinələri aparılıb. Müayinə zamanı ixtisaslı həkim yoxlanışına ehtiyacı olan kənd sakinləri qeydiyyata alınaraq aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilmələri təmin olunub.