Araz Əhmədov hər zaman şəhid ailələrinə dəstək göstərir

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Araz Əhmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Araz Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Şəhid Cəbrayıl Qasımovun şəhadətinin 4-cü ildönümü anıldı
Masallı rayonunun Ərəb kəndində şəhid Qasımov Cəbrayıl Baloğlan oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhid Cəbrayıl Qasımovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və din xadimləri tərəfindən xatirəsi anılmış, şəhidin məzarı ziyarət edilərək ruhuna dualar oxunmuşdur.
Şəhid Elmir Akifzadənin şəhadətinin 4-cü ildönümü anıldı
Masallı rayonunun Banbaşı kəndində şəhid Akifzadə Elmir Gündüz oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhid Elmir Akifzadənin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynovun doğum günü qeyd olundu
Masallı Rayon İcra Hakimiyyəti Başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həyətində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Elşad Eynulla oğlu Hüseynovun doğum günü ilə bağlı büstünün önündə tədbir keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Masallı Rayon Polis şöbəsinin rəis müavini İxtiyar Talıbov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Masallı rayon şöbəsinin əməkdaşı Vüsal Nağıyev, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə, şəhid ailələri, din xadimləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişdir.
Milli Qəhrəmanın doğum günü münasibəti ilə keçirilmiş tədbirdə şəhidin həyatı, döyüş yolu, qəhrəmanlıqları barədə çıxışlar edilmiş və şerlər səsləndirilmişdir.