İlqar Quliyev ona göstərilmiş yüksək etimadı uğurla davam etdirir

14:22 19.09.2023 64
İlqar Quliyev  ona göstərilmiş yüksək etimadı uğurla davam etdirir

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Beyləqan Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi İlqar Quliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Beyləqan Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi İlqar Quliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

İlqar Quliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Beyləqan Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi İlqar Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İlqar Quliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İlqar Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Beyləqan Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi İlqar Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Beyləqan rayonunda “Şəhidlərimizi anırıq” adlı tədbir keçirilib

İlqar Quliyev  ona göstərilmiş yüksək etimadı uğurla davam etdirir

Beyləqan Rayon İcra Hakimiyyətinin, Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan “Şəhidlərimizi anırıq” adlı tədbirdə şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.

Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin daima qəlblərdə yaşayacağını, gələcək nəsillərin onları daima hörmət və ehtiramla, qürur mənbəyi olaraq yad edəcəklərini bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun direktoru Mehman İsmayılov çıxışında qeyd etdi ki, Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdır. Bu məqsədlə Azərbaycanın hər bir bölgəsində şəhid ailələri ilə görüşlər təşkil edilir. Onların qayğı və problemləri öyrənilir.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəmanların ruhunun şad olduğunu bildirmiş, bu mübarizədə hər bir şəhidin öz rolu və haqqı olduğunu qeyd edib.

Şəhid Nəsirov İlyasın həyat yoldaşı Əliyeva Aytəkin və şəhid Əliyev Xəyalın atası Əliyev Saleh tədbirdəki bütün şəhid ailələrinin adından çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Sonda şəhidlərimizin ruhuna ehsan yeməyi verilib.

Oxşar xəbərlər