Mərdan Camalzadə şəhid ailələri başda olmaqla rayon sakinlərinə hər zaman xüsusi diqqət göstərir

14:19 8.09.2024 36
Mərdan Camalzadə şəhid ailələri başda olmaqla rayon sakinlərinə hər zaman xüsusi diqqət göstərir


Zərdab şəhər İƏD üzrə nümayəndəliyin ərazisində növbəti səyyar qəbul keçirilib
Mərdan Camalzadə şəhid ailələri başda olmaqla rayon sakinlərinə hər zaman xüsusi diqqət göstərir

Zərdab şəhəri ərazisində Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu keçirilmişdir.

Qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması məqsədilə aidiyyəti nazirlik və komitələrə müraciət olunması üçün təşkilat rəhbərlərinə, yerli icra və bələdiyyə orqanlarına icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

Mərdan Camalzadə şəhid ailələri başda olmaqla rayon sakinlərinə hər zaman xüsusi diqqət göstərir
Mərdan Camalzadə şəhid ailələri başda olmaqla rayon sakinlərinə hər zaman xüsusi diqqət göstərir
Mərdan Camalzadə şəhid ailələri başda olmaqla rayon sakinlərinə hər zaman xüsusi diqqət göstərir
Mərdan Camalzadə şəhid ailələri başda olmaqla rayon sakinlərinə hər zaman xüsusi diqqət göstərir
Mərdan Camalzadə şəhid ailələri başda olmaqla rayon sakinlərinə hər zaman xüsusi diqqət göstərir
Mərdan Camalzadə şəhid ailələri başda olmaqla rayon sakinlərinə hər zaman xüsusi diqqət göstərir
Mərdan Camalzadə şəhid ailələri başda olmaqla rayon sakinlərinə hər zaman xüsusi diqqət göstərir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Zərdab rayon Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Zərdab rayon Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mərdan Camalzadənin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mərdan Camalzadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Zərdab rayon Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Zərdab rayon Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Mərdan Camalzadə - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Zərdab rayon Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Oxşar xəbərlər