Şakir Ağalarov vəzifəsini şərəflə yerinə yetirir

23:38 14.08.2024 30
Şakir Ağalarov vəzifəsini şərəflə yerinə yetirir


Azərbaycanda son 20 ildə elm və təhsil sahəsində ciddi irəliləyişlər əldə edilib. Bu müddət ərzində təhsil sahəsinin infrastrukturu müasirləşdirilib, insan kapitalı inkişaf etdirilib. Dövlət büdcəsindən təhsilə ayrılan xərclər 17,6 dəfə artırılıb, müəllimlərin orta aylıq əməkhaqqı 830 manata çatdırılıb.

Prezident İlham Əliyevin seçki platformasında 2024-2031-ci illərdə təhsil sahəsində bir çox hədəflərə nail olunması qarşıya məqsəd qoyulub.
Bu müddət ərzində bütün təhsil ocaqlarında tədqiqat mühitinin gücləndirilməsi, tədqiqat sahəsində nəşrlərin nüfuzunun artırılması, ölkədə bütün növ təhsil infrastrukturunun və kadr bazasının gücləndirilməsi, bu əsasda təhsil xidmətləri ixracının dəstəklənməsi, təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklərin aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi hədəflənir.

Bununla yanaşı, regionlarda peşə məktəblərinin inkişafı da önəmli addım hesab edilir. Azərbaycan cəmiyyəti təhsil ilə bağlı məsələlərə hər zaman həssas yanaşıb. Bu gün cəmiyyətimizdə təhsildə baş verən dəyişikliklərlə bağlı geniş müzakirələr aparılır. Atılan addımlar da dövlətin bu məsələyə diqqət və qayğısının göstəricisidir”.

“Bu gün Azərbaycan təhsili sürətlə inkişaf edir. Bu özünü ölkəmizdə yeni məktəblərin açılmasında, universitetlərin yaradılmasında göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, biz bir neçə ildən sonra Azərbaycanın təhsilinin daha da inkişaf etdiyinin şahidi olacağıq. Təhsil sahəsində son illər ən önəmli məsələlərdən biri çox sayda məktəblərin təmir olunması, yenidən inşa edilməsidir. Söhbət yüzlərlə məktəbdən, uşaq bağçalarından gedir. Təhsil müəssisələrinin dövlət büdcəsi, Heydər Əliyev Fondu hesabına maddi-texniki bazası daha da gücləndirilir, ən yüksək formada bərpa olunur. Son dövrlər Azərbaycanda yeni universitetlər də yaradılıb. Əksər universitetlər ən yüksək formada təmir olunub. Bu dövrdə yaradılan ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Müasir Təhsil Kompleksi kimi Azərbaycan təhsilinə çox böyük töhfələr verir. Şuşada qısa vaxt ərzində tikilən məktəb onu göstərir ki, işğaldan azad edilən ərazilərdə də təhsilə ciddi önəm verilir”.

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Ağdam rayon Səfərli kənd tam orta məktəbinin direktoru Şakir Ağalarovdur.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şakir Ağalarov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Şakir Ağalarov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Ağdam rayon Səfərli kənd tam orta məktəbinin direktoru Şakir Ağalarov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şakir Ağalarovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şakir Ağalarov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağdam rayon Səfərli kənd tam orta məktəbinin direktoru Şakir Ağalarova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ağdam rayon Səfərli kənd tam orta məktəbinin direktoru Şakir Ağalarov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Şakir Ağalarov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Ağdam rayon Səfərli kənd tam orta məktəbinin direktoru Şakir Ağalarov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şakir Ağalarov bu işin müqəddəsliyini qoruyub saxlayır. Şakir Ağalarov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Şakir Ağalarov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Şakir Ağalarov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vətənpərvər ziyalımız Şakir Ağalarov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Şakir Ağalarovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Ağdam rayon Səfərli kənd tam orta məktəbinin direktoru Şakir Ağalarov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Oxşar xəbərlər