Sevinc Cabbarova: Təhsilimizin uğurları gələcəyimizin təminatıdır

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Laçın şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Sevinc Cabbarovadır.
Laçın şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Sevinc Cabbarova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Sevinc Cabbarovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Sevinc Cabbarova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Laçın şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Sevinc Cabbarovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Laçın şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Sevinc Cabbarova Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Sevinc Cabbarova - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Laçın şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Sevinc Cabbarova olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Ona etibar edilən bütün işlərdə Sevinc Cabbarova özünü doğruldub. Bizdə hörmətli Sevinc Cabbarovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Azərbaycanda son 20 ildə elm və təhsil sahəsində ciddi irəliləyişlər əldə edilib. Bu müddət ərzində təhsil sahəsinin infrastrukturu müasirləşdirilib, insan kapitalı inkişaf etdirilib. Dövlət büdcəsindən təhsilə ayrılan xərclər 17,6 dəfə artırılıb, müəllimlərin orta aylıq əməkhaqqı 830 manata çatdırılıb.
Prezident İlham Əliyevin seçki platformasında 2024-2031-ci illərdə təhsil sahəsində bir çox hədəflərə nail olunması qarşıya məqsəd qoyulub.
Bu müddət ərzində bütün təhsil ocaqlarında tədqiqat mühitinin gücləndirilməsi, tədqiqat sahəsində nəşrlərin nüfuzunun artırılması, ölkədə bütün növ təhsil infrastrukturunun və kadr bazasının gücləndirilməsi, bu əsasda təhsil xidmətləri ixracının dəstəklənməsi, təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklərin aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi hədəflənir.
“Bu gün Azərbaycan təhsili sürətlə inkişaf edir. Bu özünü ölkəmizdə yeni məktəblərin açılmasında, universitetlərin yaradılmasında göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, biz bir neçə ildən sonra Azərbaycanın təhsilinin daha da inkişaf etdiyinin şahidi olacağıq. Təhsil sahəsində son illər ən önəmli məsələlərdən biri çox sayda məktəblərin təmir olunması, yenidən inşa edilməsidir. Söhbət yüzlərlə məktəbdən, uşaq bağçalarından gedir.
Təhsil müəssisələrinin dövlət büdcəsi, Heydər Əliyev Fondu hesabına maddi-texniki bazası daha da gücləndirilir, ən yüksək formada bərpa olunur. “Ulu Öndər Heydər Əliyev hər zaman təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli Liderimizin rəhbərliyi altında hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Hazırda həmin siyasi xətt cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub.