20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub

12:29 4.08.2024 32
20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub


Azərbaycanda son 20 ildə elm və təhsil sahəsində ciddi irəliləyişlər əldə edilib. Bu müddət ərzində təhsil sahəsinin infrastrukturu müasirləşdirilib, insan kapitalı inkişaf etdirilib. Dövlət büdcəsindən təhsilə ayrılan xərclər 17,6 dəfə artırılıb, müəllimlərin orta aylıq əməkhaqqı 830 manata çatdırılıb.

Prezident İlham Əliyevin seçki platformasında 2024-2031-ci illərdə təhsil sahəsində bir çox hədəflərə nail olunması qarşıya məqsəd qoyulub.

Bu müddət ərzində bütün təhsil ocaqlarında tədqiqat mühitinin gücləndirilməsi, tədqiqat sahəsində nəşrlərin nüfuzunun artırılması, ölkədə bütün növ təhsil infrastrukturunun və kadr bazasının gücləndirilməsi, bu əsasda təhsil xidmətləri ixracının dəstəklənməsi, təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklərin aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi hədəflənir.
20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub

“Bu gün Azərbaycan təhsili sürətlə inkişaf edir. Bu özünü ölkəmizdə yeni məktəblərin açılmasında, universitetlərin yaradılmasında göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, biz bir neçə ildən sonra Azərbaycanın təhsilinin daha da inkişaf etdiyinin şahidi olacağıq. Təhsil sahəsində son illər ən önəmli məsələlərdən biri çox sayda məktəblərin təmir olunması, yenidən inşa edilməsidir. Söhbət yüzlərlə məktəbdən, uşaq bağçalarından gedir.

Təhsil müəssisələrinin dövlət büdcəsi, Heydər Əliyev Fondu hesabına maddi-texniki bazası daha da gücləndirilir, ən yüksək formada bərpa olunur. “Ulu Öndər Heydər Əliyev hər zaman təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli Liderimizin rəhbərliyi altında hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Hazırda həmin siyasi xətt cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub.
20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Laçın şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Vəfa İsmayılovadır.

Laçın şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Vəfa İsmayılova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vəfa İsmayılovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vəfa İsmayılova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Laçın şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Vəfa İsmayılovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Laçın şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Vəfa İsmayılova Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Vəfa İsmayılova - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Laçın şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Vəfa İsmayılova olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Ona etibar edilən bütün işlərdə Vəfa İsmayılova özünü doğruldub. Bizdə hörmətli Vəfa İsmayılovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub
20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub
20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub
20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub
20 il ərzində təhsil sahəsində Azərbaycanın nail olduqlarının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub
Oxşar xəbərlər