Vüsal Hüseynovun Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində gördüyü işlər danılmazdır


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vüsal Hüseynovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vüsal Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Vüsal Hüseynov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Vüsal Hüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Vüsal Hüseynov özünü doğruldub. Bizdə hörmətli Vüsal Hüseynovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı inşa olunan Abad məhəlləyə baş çəkib
“İDEA” İctimai Birliyinin dəstəyi ilə Yasamal rayonunda növbəti “Abad məhəllə” layihəsi həyata keçirilir. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov layihənin icrası ilə bilavasitə tanış olmaq üçün İnşaatçılar prospekti və Bakıxanov küçələrinin kəsişməsindəki əraziyə baş çəkib və baxış keçirib. Burada İcra Başçısı lahiyə üzrə iş içraçıları və müvafiq qurum rəhbərləri ilə söhbət edib, ərazidə təmir-bərpa və abadlıq işləri ilə tanış olub. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öz tapşırıq və tövsiyyələrini çatdırıb, rayon sakinlərinin arzu və təkliflərinin də nəzərə alınacağını bildirib.
“Abad həyət” layihəsi əsasında qeyd olunan ünvanda çoxmənzilli binaların fasadları və giriş hissələri təmir edilir, burada söhbətkah və oturacaqlar quraşdırılır, binaların giriş blokları təmir edilir, giriş qapıları təzələnir, məhəllə tam işıqlandırılır, həyətin içindən keçən maşın yolları və bütün məhəllənin köhnə asfalt hissəsi isə təzələnir. Eyni zamanda bu ünvanda yeni yaşıllıq zolaqların, idman qurğuların quraşdırılması və futbol meydançasının salınması da nəzərdə tutulur.
Yasamal rayonunun müxtəlif ünvanlarında abadlıq-quruculuq işləri üzrə müxtəlif layihələrin icrası davam edir.