Ziyəddin Quliyev şəhid ailələrinə xüsusi diqqət göstərir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Ziyəddin Quliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ziyəddin Quliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ziyəddin Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
“Azərişıq” ASC Saray və Yaşmada yenidənqurma işlərini davam etdirir
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC ölkənin bütün regionlarında köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir. Yenidənqurma işləri Saray qəsəbəsi və Yeni Yaşmada da davam edir.
Saray qəsəbəsində yerləşən Köhnə kənd yaşayış massivində yeni evlərin tikilməsi və əhalinin sürətli artımı bu ərazidə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatını çətinləşdirirdi. “Azərişıq” ASC problemin aradan qaldırılması yönündə yenidənqurma işləri aparır.
“Azərişıq” ASC Yeni Yaşmada müəllimlər üçün ayrılan “Maarif” bağları adlanan ərazidə də abonentləri fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün işlərini davam etdirir. Ərazidə bütün elektrik şəbəkəsi yenilənir, köhnə dayaqlar və elektrik xətləri yenisi ilə əvəz olunur. Abonentlər üçün yeni smart sayğaclar quraşdırılır.
Həm Saray qəsəbəsində Köhnə kənd adlanan ərazidə, həm də Yaşmada yenidənqurma işlərinin tezliklə yekunlaşması nəzərdə tutulub.