Şükran Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Ağstafa RİH başçısının Köçəsgər kənd iəd üzrə nümayəndəsi Şükran Hacıyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Şükran Hacıyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Ağstafa RİH başçısının Köçəsgər kənd iəd üzrə nümayəndəsi Şükran Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şükran Hacıyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şükran Hacıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağstafa RİH başçısının Köçəsgər kənd iəd üzrə nümayəndəsi Şükran Hacıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Ağstafa RİH başçısının Köçəsgər kənd iəd üzrə nümayəndəsi Şükran Hacıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şükran Hacıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Şükran Hacıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Şükran Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Şükran Hacıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Şükran Hacıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Şükran Hacıyev özünü doğruldub. Bizdə hörmətli Şükran Hacıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Ağstafa RİH başçısının Köçəsgər kənd iəd üzrə nümayəndəsi Şükran Hacıyev - Heç vaxt bir millət və xalq kimi formalaşmağı bacarmayan ermənilər həmişə digər xalqlara qarşı məkrli, düşmən mövqeyi nümayiş etdiriblər. Dövlətçilik prinsiplərindən uzaq, tayfa təfəkkürünü adlaya bilməyən haylar qədim Azərbaycan torpaqlarına köçürüldükdən sonra azərbaycanlılara qarşı havadarlarının köməyi ilə vəhşiliklər, cinayətlər törətməyə başladılar.
Ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən istifadə edərək uydurduqları "Böyük Ermənistan " ideyalarını həyata keçirmək üçün azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə həyata keçirmişlər. XIX əsrdə Çar Rusiyası tərəfindən İrandan Azərbaycan ərazilərinə köçürülən ermənilər 1905-ci ildə soydaşlarımıza qarşı böyük qətyamlar törətdilər. Sonrakı illərdə də ermənilər azərbaycanlılara qarşı vəhşiliklər törətməkdə davam etmişlər. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu tarixdə Qarabağda, Zəngəzurda, Şamaxıda, Qubada on minlərlə soydaşımız ermənilər tərəfindən soyqırıma məruz qalmışlar. 1918-ci ilin mart-aprel aylarında daşnaq-bolşevik silahlı qüvvələri Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər qəzalarda misli görünməmiş vəhşiliklər, kütləvi qırğınlar törətmişlər. 1918-ci ilin 30 mart tarixindən 3 aprel tarixinədək Bakı şəhərində, Qarabağda, Naxçıvanda və digər ərazilərdə ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan öz yurd yerlərindən qovulmuşlar.
1918-ci ilin mart soyqırımı tək Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayətlərdən biri oldu. Ermənilər azərbaycanlılarla yanaşı bu ərazilərdə yaşayan minlərlə ləzgi, yəhudi, avar, rus millətindən olan insanları da qətlə yetirmişlər. Ermənilər soydaşlarımızı qətlə yetirməklə yanaşı, dini, mədəni-tarixi abidələrimizi də dağıdaraq yerlə yeksan etmişlər.
1918-ci ilin mart ayının 31- dən başlayaraq Bakı Sovetinin və "Daşnaqsutyun" partiyasının 10 minədək silahlı dəstələri Bakı şəhərinin azərbaycanlılar yaşayan məhəllələrinə hücum edərək qocaları, qadınları, uşaqları belə qətlə yetirdilər.
Şamaxı və Quba rayonlarında da ermənilər azərbaycanlılara qarşı soyqırımı cinayəti törətmişlər. 1990-cı illərdə aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, ermənilər Şamaxı şəhərində 14-16 min, Şamaxının kəndlərində isə 6-8 min nəfər azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər. Quba şəhərində təxminən 2900, Quba qəzası üzrə ümumilikdə 4000 nəfərdən artıq azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib. Tədqiqatlar zamanı məlum olmuşdur ki, burada insanlar odlu silahlarla öldürülməyib, onların başları kəsilib, küt alətlərlə başlarına mismar vurmaqla qətlə yetiriliblər.
Baş vermiş bu vəhşiliklər və soyqırım siyasətinə məhz ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilmişdir. Ulu öndərin 1998-ci ilin martın 26-da imzaladığı Fərmanla 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.
2007-ci ildə Qubada tikinti işlərinin aparılması ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqlar aşkar edilmişdir. Məzarlıqda 500-dək insan kəlləsi aşkarlanmışdır. Burada uşaqlar və qadınların da olduğu çoxlu sayda cəsədlər var idi. Tədqiqatlarla sübut olunmuşdur ki, bunlar 1918- ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş insanların cəsədləridir. Qubada törədilmiş bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərin yaddaşlarında qorunub saxlanılması məqsədi ilə Prezident İlham Əliyev "Soyqırım memorial kompleksinin yaradılmasına qərar vermişdir. Erməni-bolşevik dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdır. Özlərini dünyaya yazıq, məzlum xalq kimi təqdim etmək istəyən ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı hansı vəhşiliklər törətdiklərini bütün dünya bilməlidir.
Prezident İlham Əliyev tarixi faktlarla bütün dünyaya ermənilərin əsl xislətini, eləcə də müasir Ermənistan dövlətinin işğalçı bir dövlət olduğunu sübuta yetirdi.