Bu gün Avropa Liqasının qalibi bəlli olacaq

16:00 20.05.2026 6
Bu gün UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq.

“Həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gələcək.

İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı Fransadan olan referi Fransua Leteksye idarə edəcək.

Avropa Liqası
Final

23:00 “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə)
İstanbul. “Beşiktaş Park”

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin “Tottenhem” klubu olub.
Oxşar xəbərlər