Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır

10:03 17.04.2026 5
Azərbaycanın daha bir idmançısı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

"Report" məlumatına görə, son olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq.

O, 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşacaq.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Oxşar xəbərlər