Abşeron idmançısı Malikəjdər Qalabəyov beynəlxalq turnirdə uğur qazanıb

14:17 18.02.2025 12
Abşeron idmançısı Malikəjdər Qalabəyov beynəlxalq turnirdə uğur qazanıb


Azərbaycan kiçik yeniyetmə taekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Fujairah Open” beynəlxalq turnirində 2 medal qazanıblar.

BƏƏ-nin Əl-Fücayra şəhərində keçirilən yarışda “Mübariz” taekvondo klubunun təmsilçisi Malikəjdər Qalabəyov (36 kq) gümüş, “Asiman”ın yetirməsi Fateh Sultanlı (40 kq) isə bürünc medal əldə edib.

İdmançını “Mübariz” Taekvando klubunun rəhbəri, republikanın əməkdar məşqçisi Samir Aydınov yarışa hazırlayıb.
Qeyd edək ki, 11 yaşlı Malikəjdər Qalabəyov Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdidir.


Abşeron idmançısı Malikəjdər Qalabəyov beynəlxalq turnirdə uğur qazanıbAbşeron idmançısı Malikəjdər Qalabəyov beynəlxalq turnirdə uğur qazanıbAbşeron idmançısı Malikəjdər Qalabəyov beynəlxalq turnirdə uğur qazanıbAbşeron idmançısı Malikəjdər Qalabəyov beynəlxalq turnirdə uğur qazanıb
Oxşar xəbərlər