Səhifəmizdə vətəndaş Məmmədov Vilayət Mövsüm oğlunun təqdim etdiyi video əsasında "Agricola.az" MMC və onun rəhbəri hörmətli Xaliq Məmmədov haqqında paylaşım edilmişdir.
Sonradan aparılmış araşdırma nəticəsində həmin paylaşımda yer alan məlumatların həqiqəti əks etdirmədiyi, yalan və böhtan olduğu müəyyən edilmişdir.
Bu səbəbdən yayımlanmış məlumatın doğru olmadığını bildirir, onun paylaşılmasından təəssüf hissi keçirdiyimizi ifadə edirik.
Xəbərcimedia.az olaraq "Agricola.az" MMC-dən, onun rəhbəri hörmətli Xaliq Məmmədovdan, həmçinin oxucularımızdan səmimi üzr istəyirik.