Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

11:16 12.05.2026 1

Hərbi qulluqçuların minaya düşməsi faktı araşdırılır.

Bu barədə  Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib. Məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər