Binəqədidə beşmərtəbəli yaşayış binasında yanğın olub, zərərçəkən var

09:42 6.02.2025 28
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 15 m² sahədə yanıb.

Bu barədə FHN-dən bildirilib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər