8 Noyabr - Zəfər Günü Mingəçevir şəhərində Vətənpərvərlik ruhunda keçirilir
Gündəm / Bölgə
21:178.11.202561
Xebercimedia.az xəbər verir ki, Mingəçevir Dövlət Universiteti olaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Parkında keçirilən ağacəkmə aksiyasında iştirak edərək, həm təbiətə töhfə verdik, həm də qəhrəmanlarımızın xatirəsini yaşatmaq üçün birgə simvolik addımlar atdıq. Sonra Mingəçevir şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdik. Ardınca, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun yaşadığı binanın yanında onun adına salınmış parkın açılış mərasimində iştirak etdik, ailə üzvlərini Zəfər Günü münasibətilə təbriklərimizi çatdırdıq. Zəfər Günümüz mübarək olsun! #VətənMüharibəsi #ZəfərGünü #8NoyabrZəfərGünü #Mingəçevir #MDU #MingəçevirŞəhəri