Jurnalistlərə hörmət, cəmiyyətə şəffaflıq – MDU rəhbərliyinə dərin minnətdarlıq
Gündəm / Bölgə
16:047.10.2025237
Ölkəmizdə bir sıra dövlət qurumları var ki,onlar mətbuatla sıx əməkdaşlıq edirlər.Onların mətbuat xidmətinə nə zaman hansısa bir məsələyə görə müraciət edən zaman anında reaksiya verilir.Bir çox qurumlar var ki,onların ümumiyyətlə mətbuat xidmətinə cavabdeh olan nümayəndəsini tapmaq müşkül məsələdir.Verilmiş əlaqə nömrələrinə zəng vurduqda belə cavab verən olmur. Respublikada mətbuatın dostu adını almış bir sıra mətbuat xidmətinin əməkdaşları var.Bunlara ən öncəliklə Daxili İşlər Nazirliyinin mətbuat xidmətini aid etmək olar. Bizim haqqında yazacağımız mətbuat xidməti isə Mingəçevir Dövlət Universitetinin mətbuat xidmətidir.Anar Eminovun ora rektor təyin edilməsindən sonra daha da şəffaf idarəçilik üsulu tətbiq edən Ali Təhsil ocağı həm də jurnalistlərlə ciddi şəkildə əməkdaşlıq etməyə başladı.Məqsəd heç də yalnız gördükələri təqdirə layiq işlərin mediada işıqlandırılması deyil, eyni zamanda sıravi vətəndaşların, mətbuat orqanlarının onlara əlçatanlığının təmin edilməsi idi.İstər media nümayəndələrini istərsə də adi vətəndaşları maraqlandıran suallara cavab vermək, təklif və iradları ədalətli şəkildə dinləmək üçün bu ideal bir mexanizmdir.Xebercimedia.az kollektivi olaraq belə alqışa layiq mexanizm , ədalətli idarəçilik üsulu yaratdıqları üçün Mingəçevir Dövlət Universitetinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.