Polisə Güvən, Cəmiyyətə Sədaqət: Ağsu RPİ-nin Uğurlu Komandası

09:38 6.10.2025 58
Polisə Güvən, Cəmiyyətə Sədaqət: Ağsu RPİ-nin Uğurlu Komandası


Hər bir cəmiyyətdə ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təminində polisin müstəsna rol oynadığı birmənalıdır. Polisin “adi” hüquqpozmalardan tutmuş ağır və xüsusilə ağır cinayətlərə qədər ən müxtəlif qanun pozuntularına qarşı apardığı mübarizə vətəndaşların konstitusyon hüquqlarının qorunmasını təmin edir, fərdi təhlükəsizlikdən tutmuş ictimai təhlükəsizliyə qədər hər cür təhdid və təhlükəni zərərsizləşdirir. Bu mənada Azərbaycan polisinin qanunla ona həvalə edilən missiyanın üzərindən yüksək peşəkarlıqla gəldiyi şübhəsizdir. Bu gün daxili ilər orqanlarının əməkdaşları cinayətkarlığın bütün növ və üsullarına qarşı effektiv mübarizə aparır.İstər narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması,istər günümüzdə real təhlükə olan kibercinayətkarlıqla mübarizə tədbirlərinin ciddi şəkildə davam etdirilməsi istənilən vətəndaşın rahat yaşamını təmin edir.Bu yüksək səviyyəli xidmətin heç şübhəsiz ki,təminatçısı Cənab Nazir Vilayət Eyvazovdur.Onun rəhbərliyi altında hüquq mühafizə orqanları daima yüksələn xətt üzrə inkişaf edirlər.
Dövlətə bağlı rəhbərin rayonlarımızda olan polis rəisləri də ciddi səylə onlara olunan etimadı daima doğrultmağa çalışırlar.Daima yüksək səviyyədə xidməti ilə yadda qalan rəislərdən biri də Ağsu Rayon Polis İdarəsinin rəisi Oruc Əmiraslanovdur.Təyin olduğunu gündən rayonda təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə qurulmasına birbaşa nəzarət edən Oruc müəllim sıravi vətəndaşların da hədsiz sevgi və rəğbətini qazanıb.Hər zaman ədalətli yanaşmaları,yüksək səviyyədə vətəndaşı dinləmə,ona dəstək olmaq bacarığı olan bir idarə rəisi sadəcə rayonumuz adına qürurverici bir haldır.
Rayonda baş verən bütün qanunsuzluqlara qanun çərçivəsində ciddi nəzarət tədbirləri həyata keçirən rəis müavini İlkin Kərimov haqqında yazmamaq düzgün olmazdı.İlkin müəllim baş verən ciddi istənilən qanun pozuntusunda özü şəxsən birbaşa iştirak edir.Bu yaxınlarda ailəsinə məlumat vermədən yaşayış yerinin tərk edərək itmiş sayılan azyaşlının axtarışlarında birbaşa iştirak edən Polis Polkovniki İlkin Kərimov bir ailənin yaşaya biləcəyi faiciənin qarşısını alaraq onlara sevinc bəxş etdi.
Biz media nümayəndələri olaraq daima xalqın içində müəyyən araşdırmalar aparırıq,sorğular keçiririk.Gəldiyimiz qənaət isə budur ki,Ağsu sakinləri onların təhlükəsizliyinin keşiyində duran Polis İşçilərimiz sayəsində həyatlarına rahat və güvənli şəkildə davam edirlər.
Xebercimedi.az olaraq başda Cənab Nazir Vilayət Eyvazov olmaqla Ağsu Polis İdarəsinin Rəisi Oruc Əmiraslanova,Rəis müavini İlkin Kərimova göstərdikləri yüksək xidmətə görə təşəkkür edirik...

Hazırladı : Valid Musayev
Oxşar xəbərlər