Azərbaycan Polisinin 107 İllik Şərəfli Yolunda Ağsu Rayon Polis Şöbəsinin Fəaliyyəti və Peşə Bayramı Təbriki

11:52 2.07.2025 255
1918-ci il iyulun 2-si Azərbaycan polisinin yaranma tarixi kimi tarixə həkk olunub. Bu gün artıq 107 ildir ki, Azərbaycan polisi vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində dayanan, qanun və qaydanın qoruyucusu, cəmiyyətin etibarlı dayağı olaraq fəaliyyət göstərir. Polis – sadəcə hüquq-mühafizə orqanı deyil, həm də vətəndaşların dostu, güvən yeri, ölkənin sabitliyinin və əmin-amanlığının təminatçısıdır.

Bu uzun və şərəfli müddət ərzində polis əməkdaşları dövlətimizin milli maraqlarını, hüquq və qanun aliliyini qorumaqla yanaşı, cəmiyyətin hər bir üzvünün təhlükəsiz həyat tərzinin təmin olunmasında mühüm rol oynayıblar. Onların fədakarlığı və məsuliyyəti sayəsində Azərbaycan ərazisində ictimai-siyasi sabitlik möhkəmlənir, hüquqi dövlət quruculuğu davam edir.

Azərbaycanın hər bir regionunda olduğu kimi, Ağsu rayonunda da polis əməkdaşları öz müqəddəs vəzifələrini yüksək səviyyədə və şərəflə yerinə yetirirlər. Bu uğurların arxasında, ilk növbədə, Ağsu Rayon Polis Şöbəsinin rəisi, hörmətli Oruc Əmiraslanovun adı dayanır. Onun rəhbərliyi ilə rayonun təhlükəsizliyi və asayişi daha da güclənmiş, suverenliyimizin qorunması sahəsində əhəmiyyətli uğurlar əldə olunmuşdur.

Oruc Əmiraslanovun təyinatından sonra Ağsu rayonunda ictimai sabitlik və təhlükəsizlik yüksələn xətlə davam etmiş, rayon sakinlərinə göstərilən diqqət və qayğı daha da artmışdır. Polis-rayon ictimaiyyəti arasında qarşılıqlı hörmət və etimad münasibətləri formalaşmış, vətəndaşların hüquqlarının qorunması prioritet məsələyə çevrilmişdir.

Bu gün biz, Xebercimedia.az olaraq, Azərbaycan polisi, o cümlədən Ağsu Rayon Polis Şöbəsinin bütün əməkdaşlarını, eləcə də Daxili İşlər Naziri cənab Vilayət Eyvazovu bu müqəddəs peşə bayramı – Azərbaycan Polisi Günü münasibətilə ürəkdən təbrik edir, onlara çətin, amma şərəfli işlərində uğurlar arzu edirik.

İnanırıq ki, polisimizin səyləri ilə ölkəmizdə təhlükəsizlik və ictimai nizam daha da möhkəmlənəcək, vətəndaşlarımız öz evində, küçəsində və iş yerində rahat, təhlükəsiz həyat sürəcəklər. Bu müqəddəs peşənin sahibləri kimi polis əməkdaşlarımız hər zaman vətənə, xalqa və qanuna sədaqətlə xidmət edəcəklər.

Hazırladı: Valid Musayev
Oxşar xəbərlər