"Polisin Fədakarlığı – Cəmiyyətin Təhlükəsizliyi və Ədalətin Qarantı"
Gündəm / Cəmiyyət / Bölgə
12:5126.09.2025782
Bu gün azyaşlı bir uşağın itkin düşməsi xəbəri cəmiyyətdə narahatlıq doğurdu. Polis əməkdaşlarının peşəkarlığı, ayıq-sayıqlığı və çevikliyi nəticəsində uşaq qısa zamanda tapılaraq valideynlərinə təhvil verildi. Burada diqqət çəkən məqam odur ki, hər gün sosial şəbəkələrdə, gündəlik həyatda polis haqqında əsassız, emosional və qeyri-obyektiv tənqidlər səsləndirən insanlar bu fakt qarşısında susur. Halbuki belə hadisələr bir daha göstərir ki, polis dövlətin vətəndaşa uzanan əlidir, təhlükəsizlik təminatıdır və cəmiyyətin dayağıdır. İstər hüquqi, istərsə də sosial baxımdan polis institutunun mövcudluğu dövlətin varlığı ilə eyniləşdirilir.
Xebercimedia.az bildirir ki, Polis olmasa, ictimai asayiş çökmüş olar, cinayətkarlıq tüğyan edər, vətəndaşların həyat və təhlükəsizliyi sual altında qalardı. O halda telefon arxasında polisə kölgə salanların özləri belə ilk çətinlikdə kimin qapısını döyəcəklidər? Ədalət naminə demək lazımdır ki, hər kəs isti evində rahat oturarkən, polis küçələrdə, çöllərdə, hər qarışda uşağı axtarırdı. Bu, sırf xidmət borcundan irəli gələn fədakarlıqdır. Deməli, polis təkcə qanun keşikçisi yox, həm də insan həyatının qoruyucusudur. Odur ki, polisin fədakar əməyinə kölgə salmaq, onu sistemli şəkildə gözdən salmaq cəmiyyətə qarşı ən böyük haqsızlıqdır.
Bu günkü hadisə bir daha sübut etdi: polis olmasa, biz heç kimik. Bu gün polis öz ayıqlığı, çevikliyi və fədakarlığı ilə bir uşağı, bir ailəni, bütövlükdə cəmiyyəti sevindirdi.